Polis veteranlar öz biliklərini cəmiyyətə aşılayır - FOTO

Ağdaş Rayon Polis Şöbəsi Veteranlar Şurasının təşkilatçılığı ilə rayonun peşə məktəbində şagirdlər, pedaqoqlar və valideynlər ilə görüş keçirilib. Görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında ətraflı söhbət aparılıb. Ağdaş RPŞ-nin Veteranlar Şurasının sədri Elman Qurbanov davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırıb. E.Qurbanov qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar narkotikaya aludəçilik ucbatından başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar. Bu cür görüşlərin keçirilməsində məqsəd məhz cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemləri və səbəb olduğu fəsadları şagirdlərə, gənclərə bir daha izah etməkdir.
Çıxışlarda erkən nikahın səbəbləri, nəticələri mövzusuna toxunulub, ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışılıb, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyi qeyd edilib. Tədbirdə dini radikalizmlə bağlı da məlumat verilib və dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı diqqətə çatdırılıb.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO











