Polis xəbər saytının ofisinə basqın etdi - Məmurların gizli danışığı

Ermənistanın hüquq-mühafizə orqanları bu gün səhər saatlarından başlayaraq "Yerevan.Today" xəbər saytının ofisində və saytın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirib. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə saytın redaksiyası məlumat yayıb. Qeyd olunub ki, axtarışların səbəbi Ermənistanın İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədardır. Ermənistan təhlükəsizlik qüvvələri "Yerevan.Today"in həmin səs yazısını digər KİV-lərdən 2 gün öncə yayımladığını iddia edir. Lakin saytın rəhbərliyi bu ittihamın yalan olduğunu deyir və xəbərin başqa medialarla, eyni zamanda, yerləşdirildiyini bildirir. Həmçinin vurğulanır ki, nüfuzlu "Qraparak" qəzeti də analoji vəziyyətlə üzləşib. Onlar isə gizli səs yazısını digər KİV-lərdən 5 gün əvvəl yayımlamaqda ittiham olunurlar. Ermənistanın hüquq-mühafizə orqanları hesab edir ki, hamıdan əvvəl səs yazısını yayan "Yerevan.Today" və "Qraparak" məsələ ilə bağlı öncədən məlumatlı olub. Onların səsi məxfi şəkildə yazan şəxslə birbaşa əlaqəsinin olduğunu ehtimal edilir. Bu səbəbdən də media qurumlarına qarşı yoxlama aparılır. Xatırladaq ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar. Gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb, Ermənistanın Xüsusi istintaq Komitəsi isə istintaq aparır.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










