Polisdə işləmək istəyənlərin diqqətinə - DİN elan verdi

"İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən 23-dək, boyu 180 santimetr, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.
İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinə (012) 590-27-25; (012) 590-27-26 və (012) 590-27-22 nömrəli telefonlar ilə müraciət edə bilərlər.
Elmin
Türkiyə-İsrail münasibətinin yenidən pisləşməsinin səbəbi nədir? – Politoloq AÇIQLADI
Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR
İran-İsrail gərginliyi artır; yanacaq bahalaşa bilər? – Ekspertdən AÇIQLAMA
Sürücülərə vacib xəbər - 16 iyundan etibarən yeni qayda qüvvəyə minir
Velosiped və skuter sürücülərinə xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir
Avtovağzalın “Google Maps”ə inteqrasiyası nəyi dəyişəcək? – EKSPERT
Yasamalda sökülən ərazilərdə bəzi evlərin memarlıq üslubu necə fərqlənir? - FOTO
Bu avtomobillərdə kritik təhlükəsizlik problem; kütləvi yoxlama başladı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə!
Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək - FƏRMAN
KFC və “McDonald's”larda müştərilərə niyə çiy və köhnəlmiş qidalar verilir? – EKSPERT RƏYİ










