Polisdən xəbərdarlıq: Peyk antenalarını yığışdırın

Təbriz Şəhər Polis İdarəsi bildiriş vərəqələri yayaraq, əhaliyə peyk antenalarını yığışdırmaqla bağlı xəbərdarlıq edib. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, "Polis xəbərdarlığı" adı ilə hazırlanan bildiriş vərəqələri şəhərin müxtəlif məntəqələrində yayılıb, hətta evlərə də paylanılıb. Bildirişlərdə peyk antenalarından istifadənin qadağan edildiyi, buna görə vətəndaşların məsuliyyətə cəlb oluna biləcəyi vurğulanıb. Polis təbrizlilərə peyk antenalarını yığışdırmaq üçün 72 saat vaxt verib. Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifinin elan etdiyi son rəsmi məlumata görə, Təbrizdə əhalinin 44 faizdən çoxu peyk antenalarından istifadə edir, onlardan ən azı 75 faizi Azərbaycan Respublikası və Türkiyə kanallarını izləyir.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












