Polisə müqavimət göstərənlər zərərsizləşdirildi

Göygöl rayonunda polisə müqavimət göstərən 2 nəfər zərərsizləşdirilib. Hadisə rayonun Qarabulaq kəndi ərazisindəki meşə zolağında baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, meşə zolağının meşəbəyisi Göygöl Rayon Polis Şöbəsinə zəng edərək 2 naməlum şəxsin həmin ərazidən sakinlərə məxsus mal-qaranı oğurlamağa cəhd göstərdiyini bildirib. Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Qarabulaq kəndi ərazisində xidmət aparan Sarısu Polis Bölməsinin əməkdaşı kənd sakini Saleh Məmmədovla birgə həmin şəxsləri saxlayarkən onlar polis əməkdaşına və S.Məmmədova dəyənəklə xəsarət yetirib, bıçaqla hücum ediblər. Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşı "Makarov” markalı xidməti tabel silahından xəbərdarlıq məqsədilə havaya bir neçə atəş açıb. Lakin həmin şəxslər hüquqazidd əməllərini davam etdirdiklərindən və bıçaqla ciddi müqavimət göstərdiklərindən polis əməkdaşı təkrar atəş açaraq onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirmək məcburiyyətində qalıb. Hadisə yerinə gəlmiş digər əməkdaşların köməkliyi ilə həmin şəxslər saxlanılıblar. Araşdırmalarla onların Yevlax rayon sakini İnşallah Miriyev (xəsarət alan) və Ağcabədi rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Hümbətov olduqları müəyyən edilib. Polis əməkdaşı, S.Məmmədov, habelə İ.Miriyev xəstəxanaya yerləşdirilib, V.Hüseynova və S.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












