Polisə yalan məlumat verən şəxs saxlanılıb - FOTO

Xətai rayonunda polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Yalçın Nəzərov iyulun 8-də Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinə müraciət edərək həmin tarixdə parkda olan zaman 3 nəfər naməlum şəxsin ona yaxınlaşıb bıçaqla sol çiyninə xəsarət yetirdiklərini və 52 manat pulunu alaraq hadisə yerindən qaçdıqlarını bildirib.
Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Y.Nəzərovun istintaqı yayındırmaq məqsədi ilə bilərəkdən polisə yalan məlumat verdiyi və ona qarşı heç bir qulduluq hadisəsinin törədilmədiyi müəyyən edilib. Araşdırma zamanı müəyyən edilib ki, Y.Nəzərova hadisə günü şəxsi münasibətlər zəminində tanışı olan qadın tərəfindən bıçaq xəsarəti yetirilib. Daha sonra o, cinayəti gizlətmək məqsədi ilə hadisənin obyektiv araşdırılmasının qarşısını almaq məqsədi ilə polisləri yayındırmaq isdəyib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












