Polisi avtomobillərdən oğurluq edən şəxsləri saxlayıb - Sumqayıtda

Sumqayıt şəhərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, noyabrın 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərən 2 nəfər ərazidə xidmət aparan Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Ələkbərov və əvvəllər məhkum olunmuş Rəşad Quliyev olduqları müəyyənləşib. Saxlanılan şəxslərin törətdikləri digər analoji cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Belə ki, onların digər şəhər sakini ilə birlikdə daha 12 avtomobildən pul, akkumulyator və sənəd oğurlamaları da müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












