Polisi namaz qılarkən arvadı bıçaqladı? - VİDEO

Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişində keçmiş polis əməkdaşı Fuad Qazax oğlu Həsənovun axtarışı zamanı maraqlı detallar ortaya çıxıb. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, F.Həsənovun atası Qazax Həsənov keçmiş gəlini Sultan Həsənovanı oğlunun itkin düşməsində təqsirli bilib. Qaynata iddia edib ki, S.Həsənova oğluyla evli olarkən onu bıçaqlayıb: "Oğlum dedi ki, ata, mən namaz qılanda Sultan bıçağı böyrümə soxdu. Amma bıçaq yarasının yerini mənə göstərmədi".
S.Həsənova keçmiş qayınatasının iddialarını qəbul etməyib: "İyirmi altı il namusumla övladlarımı böyütmüşəm. Fuad iyirmi il polisdə işləyib. Səhər çıxırdı, gecə 12-də evə gəlirdi. Evin işlərini, övladlarımızın problemlərini mən həll etmişəm. Hətta üç il qaynatamın 125 yaşlı anasına da qulluq etmişəm. Allah mənə qarşı edilən haqsızlığı götürməsin". Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan F.Həsənov təxminən bir ay əvvəl evdən çıxıb. O, bir müddət öncə Gəncə şəhərində yaşca özündən xeyli kiçik olan qadınla nikaha daxil olub. Verilişin sonunda naməlum şəxs studiyaya zəng vuraraq F.Həsənovun indiki həyat yoldaşının onun yerini bildiyini söyləyib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












