“Polisin çevik və operativliyi fəxr olunası hadisədir” - Deputat - FOTO

Gündəm 6 İyul 2018 18:00
“Polisin çevik və operativliyi fəxr olunası hadisədir” - Deputat   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çingiz Qənizadə: Böyük qürur hissi yaratdı

İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.

Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Baş vermiş qəza zamanı hüquq-mühafizə orqanları necə fəaliyyət göstərdi?


Modern.az
 saytı məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadəyə müraciət edib.


Deputat deyib ki, iyulun 3-də ölkə ərazisində ciddi enerji problemi yaranmışdı.


“Hadisələr zamanı əsasən fikirlərimizi tənqid üzərində qurmağa çalışırıq. Bu, başqa bir müzakirə predimetidir. Ancaq faciənin baş verdiyi anda bu probelmlərdən insanlarımızı xilas edən , yardım göstərən digər dövlət qurumlarının da fəaliyyətini qiymətləndirməliyik”.


Ç.Qənizadə qeyd edib ki, hadisə baş verən günün səhəri şəhərdə hərəkətin təhlükəsizliyi təmin edilməsəydi və bunun nəticəsində şəhərdə nəqliyyat iflic vəziyyətinə düşsəydi, bir neçə milyon  insanlar günün altında problemlərlə üzləşməli olacaqdı:


“Çünki metro işləmədiyi halda, avtobuslar və şəxsi minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi, öz üzərilərinə  peşə borclarının layiqincə yerinə yetirilməklə bərabər, 100 minlərlə insana diqqət və qayğının göstərilməsidir.

Hər işıqforun yanında bir neçə polis əməkdaşı günün altında hərəkətin təhlükəsizliyini təmin etdi. Dövlət Yol Polisinin, həm də polisin digər qurumlarının və digər hüquq-mühafizə orqanları  əməkdaşları öz xidməti borclarını layiqincə yerinə yetirməklə  bir daha göstərdilər ki, bu cür fövqəladə  hallarda xalqın yanındadırlar və problemin həllində insanlara köməklik göstərirlər.

Polis təkcə müəyyən obyektlərin mühafizəsilə deyil, həm də insanların evlərinə çatdırılması üçün çalışdı. Metro tunellərində qalmış adamların çıxarılması üçün polis forması geyinmiş şəxslərin hərəkəti məndə böyük qürur hissi yaratdı.

100 yaşlı polisimizin insanlar qorumaq üçün belə çevik, operativ fəaliyyət göstərməsi təbii ki, fəxr olunası hadisədir. Yeri gəlmişkən, məndə olan məlumata görə, digər hüquq-mühafizə orqanları - həm prokurorluq, həm təhlükəsizlik xidməti və həm də ədliyyə orqanlarının əməkdaşları həmin bir neçə gün ərzində fövqəladə hallar rejiminə uyğun fəaliyyət göstəriblər. Belə yaxşı işləri də qeyd etmək  bizim hər birimizin vətəndaşlıq borcumuzdur”.

 

Oxunub : 1482
ŞƏRH YAZ
Ad

E-mail

Şərh