“Polislər 10 gün sonra maşınımı doğranmış halda gətirdilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamil Rüstəmzadə və Miqdar Qarazadənin məhkəməsi keçirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə prokuror ittiham aktını elan edib. K. Rüstəmzadə özünü qismən təqsirli bilib, M.Qarazadə isə təqsirli bilmədiyini deyib. Zərərçəkmiş Adıgözəl Ağayev deyib ki, "Hyundai" markalı avtomobili hadisədən bir neçə ay əvvəl 4 min manata alıb: "Səhər həyətə düşdüm, gördüm maşın yoxdu. Polisə məlumat verdim, 1 həftə sonra dedilər tapılıb. Amma iş qaldı, 10 gün sonra maşını doğranmış vəziyyətdə gətirdilər, üstündə motoru da qarışıq heç bir hissəsi yox idi. Dedilər Sadiqlə Tərlan maşını doğrayıb".
K.Rüstəmzadə maşını oğurlamadığını deyib: "Sadiqi tanıyıram, amma onun niyə məhkəməyə verilmədiyini bilmirəm".
Proses mayın 23-də davam etdiriləcək.
İttihama görə, zərərçəkənlərdən biri İntiqam Əsədzadə toy məlisindən çıxıb evinə gedərkən taksidə olan iki nəfər onu Aşağı Güzdək qəsəbəsində avtomobildən düşürərək döyüb. Zərərçəkmiş həmçinin hadisə zamanı 700 manatlıq mobil telefonun və 300 manat pulunun da aparıldığını qeyd edib. Quldurluqda şübhəli bilinən Bakı sakini Kamil Rüstəmzadə və Sabirabad sakini Miqdar Qarazadə saxlanılıb. Onlar paytaxtın müxtəlif rayonlarında həm quldurluq, həm də oğurluq cinayətləri də törətməkdə ittiham olunurlar.
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA










