Polislər gənc oğlanı əlil etdilər – VİDEO

ABŞ-ın Miluoki şəhərində iki polis nəfəri silahsız, dinc insanı güllələyiblər. Avtosfer.az milli.az-a istinadən bildirir ki, 19 yaşlı qaradərili Cerri Smit Cunior anasına zəng vurmaq üçün mobil telefonu götürmək istəyəndə polislər ona atəş açıblar. Cerri ağır yaralanıb. Smitin ailəsi polis əməkdaşlarını məhkəməyə veriblər. Ailənin vəkili Deniel Stormun dediyinə görə, Cerri Smit silahsız olub, saxlananda da əllərini qaldırıb: "Belə şəraitdə polislərin atəş açmalarının heç bir səbəbi və əsası yoxdur". Smitə atəş açmış polis əməkdaşları Melvin Finkli və Adam Ştal təhqiqat başa çatanadək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıblar. Cerri Smit aldığı yaralardan əlil olub. Əlil arabasına məhkum olmuş gənc hüquqlarının qorunmasını tələb edir. Avqustun 31-də baş vermiş hadisə ilə bağlı Miluoki polis idarəsi "ciddi araşdırma aparıldığını" bəyan edib.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində hansı izləri qoyub? – Deputatlar AÇIQLADI
“İranla saziş imzalandı, hamını təbrik edirəm!” - TRAMP










