Polislər maaş davasına çıxdılar

Fransanı lərzəyə salan "sarı jiletlilər" aksiyalarından sonra indi də "göy jiletlilər"in etiraz piketləri və nümayişləri başlanır. Fransa polisinin üç əas həmkarlar təşkilatı olan "Unite SGP-Police-FO", "UNSA-Police" və "Alliance Police National" asayiş keşikçilərinin tətilini keçirir.
Avtosfer.az milli.az-a istinadən bildirir ki, polislərə fövqəladə və təcili çağırışlar istisna olmaqla komissarlıqları tərk etməmək "təklif" olunub. Paris, Marsel və Bordoda polislər artıq aksiyalara başlayıblar. Parisdəki aeroportda isə polislərin aksiyası fərqli olub: onlar sərnişinlərin sənədlərini adi günlərdən fərqli olaraq, uzun-uzadı yoxlayaraq vaxtı uzadıblar. Polislər maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını, ixtisarların dayandırılmasını tələ edirlər. Bundan başqa, etiraz aksiyalarının yatırılmasına cəlb olunmuş polis əməkdaşlarına 300 avroluq mükafatın verilməsini asayiş keşikçiləri "ələ alma" adlandırıblar.
Bu gün səhər yayılan məlumatlara görə, polislər həmkarlar təşkilatlarının rəhbərlərinin daxili işlər naziri Kristof Kastaner ilə keçirdikləri görüşdə asayiş keşikçilərinin maaşlarının artırılması barədə razılıq əldə olunub.
"Müzakirələr nəticəsində əhəmiyyətli irəliləyişə nail olduq. İstədiyimiz hər şeyi aldıq", - "Unite-SGP Police-FO"nun baş katibi İv Löfövr deyib.
Əldə olunmuş razılaşmaya görə, hüquq-mühafizə orqanlarında yeni işə başlamış şəxslərin maaşları gələn ilin yanvarından etibarən orta hesabla 120, iş stajı çox olan polislərin maaşları isə 150 avro artırılacaq.
Yanvarın 1-də maaşlar artıq 40 avro yüksələcək.
Bundan başqa, iş vaxtından artıq çalışmağa görə polislərə veriləsi ödənişlərin yerinə yetirilməməsi nəticəsində yaranmış 275 milyon avroluq borcu da hökumət qapadacaq.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










