Polislər sürücüləri cərimələməkdən imtina etdilər

Belçikanın hüquq-mühafizə orqanı əməkdaşlarını birləşdirən "Polislərin birləşmə hərəkatı"nın (Police Unifying Movement) üzvləri noyabrın 1-dən 15-dək yol hərəkəti qaydalarını pozduqlarına görə sürücüləri cərimələməkdən imtina edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunun əvəzində onlar qaydaları pozan sürücülərlə yol hərəkatı qaydalarına riayət etməyin zəruriliyi barədə izahlı söhbətlər aparacaqlar. Beləliklə, "No Money" ("Pulsuz") etiraz aksiyası hökumətin diqqətini polisin tələblərinə cəlb etmək üçün nəzərdə tutulub. Onlar həmçinin 2001-ci ildə həyata keçirilmiş və polisin federal və yerli polis olmaqla ikiyə ayrılmasına gətirib çıxarmış islahatlardan narazıdılar. "İdeya ondan ibarətdir ki, bizi eşitmək istəmədiyi üçün dövləti vəsaitdən məhrum edəcəyik", - aksiya təşkilatçılarından biri olan Paskal Rombo bildirib. Noyabrın 15-də aksiya iştirakçıları Brüsselin mərkəzi meydanına - Qran Plasa toplaşacaq və polis islahatlarına qarşı açıq şəkildə etiraz edəcəklər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












