Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş rəsmisi, polkovnik Vaqif Əsədov idarə etdiyi yeni avtomobili ilə bağlı ciddi problemlə üzləşib. Avtosfer.az yenisabah.az-a istinadən xəbər verir ki, o, son vaxtlar ölkədə populyarlaşan Çin istehsalı olan "BYD" markalı avtomobil aldığını, lakin sonradan servis və ehtiyat hissəsi tapmaqda böyük çətinlik çəkdiyini etiraf edib.
Sabiq polis rəsmisi qarşılaşdığı vəziyyətdən çaşqınlıq içində olduğunu gizlətməyib: “Bilmədim səhv etdim, yoxsa düz, amma BYD avtomobili aldım. Lakin indi ölkədə rəsmi servis xidməti olmadığından ehtiyat hissəsi tapa bilmirəm. Özüm də çaşıb qalmışam”.
Qeyd edək ki, son illərdə Azərbaycana gətirilən elektromobil və hibrid Çin avtomobillərinin sayı sürətlə artsa da, sürücülər tez-tez rəsmi servis şəbəkəsinin zəif olmasından və lazımi detalların tapılmamasından şikayətlənirlər. Görünür, bu problem hətta təcrübəli yol polisi polkovnikindən də yan keçməyib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












