Poti limanından yüklərin böyük həcmi Azərbaycana nəql olunub

Bu ilin birinci rübündə Gürcüstanın Poti dəniz limanından ən çox yük Azərbaycana nəql olunub. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hesabat dövründə Poti limanında yüklərin 37,1%-ni idxal, 20,15%-ni ixrac, 40,8%-ni isə tranzit istiqamətli yüklər təşkil edib. Limanda emal olunmuş yüklərin 25%-i Azərbaycan, 19%-i Ermənistan, 14%-i Mərkəzi Asiya ölkələrinə nəql olunub. Cari ilin yanvar-mart aylarında Gürcüstanın Poti limanından konteyner daşınmalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,1% artıb. Limanda 82 039 TEU konteyneri emal olunub ki, onların da 13,1%-ni Gürcüstana idxal olunmuş əsasən ət, meyvə və şirniyyat məhsullarının olduğu soyuducu konteynerlər təşkil edib. Cari ildə Poti limanında əməliyyatların dayandırıldığı günlərin sayı illik müqayisədə 53% azalıb. Qeyd edək ki, Poti dəniz limanı Gürcüstan iqtisadiyyatının inkişafında strateji mövqe tutur. Qonşu ölkənin ən böyük limanında yükdaşımalar üzrə bütün xidmətlər həyata keçirilir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












