Prezident 907-ci düzəlişin tam ləğvi məsələsindən danışdı

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub.
Avtosfer.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Azərbaycan və Ermənistan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar. Sonra isə Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırdı”.
Prezident bildirib ki, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb.
Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, 10 min tondan artıq məhsul artıq daşınıb. Xüsusən də indiki dövrdə bir çox ölkələr yanacaq mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli dünyanın digər yerlərindən axtarmalı olmalı idilər. Bütün bunlar onu göstərir ki, düzəliş (907-ci – red.) tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












