Prezident hərbi hissəyə “Lada Priora” avtomobili ilə gəldi - FOTO

KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun hərbi hissələrinin təftişini həyata keçirmək və onların işlərinə yerində rəhbərlik etmək üçün yenidən müəssisələrə getməyə başlayıb.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, iyunun 30-da Kim Çen In hərbi hissələrin birindəki yoxlamaya Rusiya istehsalı olan “Lada Priora” avtomobili ilə gəlib. Bu, Cənubi Koreya və digər ölkə KİV-lərinin diqqətini dərhal cəlb edib. Mediada dərc olunan şəkillərdə Şimali Koreya liderinin avtomobilin arxa oturacağında əyləşdiyi görünür.
Qeyd edək ki, “Lada Priora” avtomobili 2009-2012-ci illərdə Rusiyada ən kütləvi satılan avtomobil olub. 2017-ci ilin aprel ayınadək “AvtoBAZ” tərəfindən istehsal edilən bu marka avtomobillərin sayı 1 milyon ədədə çatıb. Cari ilin mayında isə “Lada Priora”nın istehsalı dayandırılıb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












