Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin fəxri doktoru adı verilib.
Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub.
Rektor Oleksiy Dniprov tərəfindən fəxri doktor diplomu elm və təhsil nazirinin müavininə təqdim edilib.
Görüş çərçivəsində həmçinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkə arasında təhsil sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












