Prezident qanunu təsdiqlədi - Bu şəxslər cəzalandırılacaq

Azərbaycan prezidenti İlham Əliyev ölkədə işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın cinayət məsuliyyəti yaratması ilə bağlı Milli Məclisin qəbul etdiyi dəyişikliyi təsdiqləyib. Avtosfer.az-ın məlumatına görə, dövlət başçısı müvafiq sərəncam imzalayıb. Dəyişikliyə əsasən, 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilərək belə verilir: “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”. Eyni ifadələr maddənin birinci bəndinə də daxil edilir və mövcud cəzalar buna da şamil edilir.
Qeyd edək ki, maddədə qeyd edilən bəndinin məsuliyyəti belədir: “Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












