Prezident yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub - FOTOLAR

Bu gün prezidenti İlham Əliyev Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub. Avtosfer.az xəbər verir ki, prezident İlham Əliyev Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında olub.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına metronun konseptual inkişaf sxemi və yeni metro qatarları barədə məlumat verib.
Prezident İlham Əliyev yeni metro vaqonlarına baxıb.
Yeni qatarın sürəti saatda 90 kilometrdir. Qatarın baş vaqonu 38 oturacaqlı olmaqla, ümumilikdə, 315 yerlik, orta vaqonu isə 44 oturacaqlı olmaqla, ümumilikdə, 328 yerlikdir. Yeni vaqonların mühərriklərinin gücü 170 kilovatdır.
Qəza, sürüşmə, yanğın əleyhinə yeni sistemlərin tətbiqi qatarda hərəkət təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb. Vaqonlardakı sərnişinlərin təhlükəsizliyi daxili və xarici videomüşahidə sistemləri əsasında təmin edilir.
Prezident İlham Əliyev yeni qatarla metronun “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gedib.
Qatarda vaqonlararası birbaşa keçidin təmin edilməsi ilə onun konstruksiya tutumu sələfləri ilə müqayisədə 15 faiz çoxdur. Vaqonlararası keçidin olması bütün qatar boyunca sərnişinlərin bərabər paylanmasını, sərnişinlərin yerləşmə sahəsini genişləndirməklə onların rahat daşınmasını və təhlükəsizliyini təmin edir. Vaqonlarda mükəmməl istilik, salonda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur.
Yeni konstruksiyalı səsboğucu ilə təmin edilmiş təkərlərdən istifadə olunduğu üçün qatarlar səssiz və rəvan hərəkət edir.
Dövləti başçısına metronun konseptual inkişaf sxemi barədə məlumat verilib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA




















