Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq məşhur xanəndənin oğludur

Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi dialoqu ilə diqqət çəkən azyaşlının kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, Prezidentə “Mən sizi çox istəyirəm” deyən uşaq Əməkdar artist, xanəndə Babək Niftəliyevin oğlu Ömər Niftəliyevdir.
Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən MDB ölkələrinin Milli Mətbəx Festivalı çərçivəsində Azərbaycan pavilyonunda uşaqların iştirakı ilə musiqi nümunələri təqdim olunub.
Həmin vaxt İlham Əliyevlə uşaqlar arasında səmimi söhbət baş tutub. Azyaşlılardan birinin Prezidentə ünvanladığı sözlər sosial şəbəkələrdə və mediada maraqla qarşılanıb.
Məlumata görə, Ömər və qardaşı Cavidan Niftəliyev kiçik yaşlarından musiqi ilə məşğul olur. Onlar atalarının rəhbərliyi ilə Prezidentin qarşısında “Mehriban olaq” mahnısını ifa ediblər.
Babək Niftəliyev açıqlamasında bildirib ki, hər üç övladı Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alır. Onun sözlərinə görə, Ömər məktəbin 3-cü, Cavidan isə 6-cı sinfində oxuyur. Sənətçinin böyük oğlu Mehdi də vokalçıdır və həmin məktəbdə 9-cu sinifdə təhsil alır. Ömərin Türkmənistana səfəri isə onun ilk xarici səfəri olub.
Qeyd edək ki, Babək Niftəliyev Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindəndir və Əməkdar artist fəxri adını daşıyır.\\bakivaxti.az
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












