Prezidentin mühafizəsinə cəlb olunan iki polis terror təşkilatı ilə əlaqəsi üzə çıxıb

Almaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinə cəlb edilən iki alman polis zabitinin NSU adlı terror təşkilatı ilə əlaqəsi üzə çıxıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, polis zabitləri NSU terror təşkilatının üzvü Uve Böhnhardtinin adını çəkdikləri üçün şübhə yaradıblar. Almaniyanın Saksonya vilayətinin təhlükəsizlik xidməti bu barədə məlumat yayıb. Polislərin tutduqları vəzifədən azad olunacaqları bildirilir. Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə səfərdə olan Ədalət və İnkişaf Partiyasından deputat Mustafa Yeneroğlu insidentlə bağlı kəskin etirazını ifadə edib. Məlumatda qeyd olunur ki, Almaniyada 2000-2007-ci illərdə səkkizi türk olmaqla on nəfəri qətlə yetirən NSU üzvləri Saksonya əyalətində rahat yaşasalar da, indiyədək həbs edilməyiblər. Təşkilatın digər cinayətləri barədə də ətraflı məlumat mövcuddur.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












