Prezidentin təltif etdiyi gənclərlə tanış olun! - FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.
Avtosfer.az qafqazinfo-ya istinadən təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir:
Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.
.jpg)
Prezident Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzovda var.

Mükafata layiq görülən gənclərdən biri də BDU-nun SABAH qruplarının məzunu Lamiyə Məmmədovadır. O, hazırda Qarabağ Universitetində çalışır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasının müəllimi Mahmud İsmayılov da təltif olunanlar arasındadır. O, həmçinin “TEKNOFEST Azərbaycan robototexnika” yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.

Prezident mükafatına layiq görülən gənclər biri də opera ifaçısı Elmina Həsənovadır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində ikinci yerə çıxıb və “Pepita Embil” mükafatına layiq görülüb.

Təltif olunan gənclərdən biri də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənovadır.

Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olan Mahir Tağızadə də təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.
.jpeg)
Həmin gənclərin siyahısında Sərxan Ağadadaşovun da adı var. O, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Pilotsuz uçuş aparatları” qrupunun qrup rəhbəridir.
.jpeg)
ADA universitetinin tələbəsi olanŞahmar Ağayev də təltif olunanlar siyahısındadır. O, “NovaLingua” startapının təsisçisi, RFO qalibi, 2x ICPC NERC finalçısı olub.

“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












