Prezidentin təltif etdiyi xanım kimdir? - FOTOLAR

Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edib.
Avtosfer.az xəbər verir ki,təltif olunanlar arasında Bayramova Lamiyə Qəşəm qızı da var.
Bəs,təltif olunan xanım kimdir?
Lamiyə Bayramova 1980-cı il mayın 30-da Bakı şəhərində anadan olub.
2000-ci ildə Xəzər Universitetinin “Beynəlxalq hüquq” ixtisasını bitirib.
2002-ci ildə Mülki və təsərrüfat hüququ istiqamətinin “Hüquqşünaslıq” ixtisası üzrə Magistr dərəcəsini alıb.
2002-2003-ci illərdə tarixlərində isə “RR & Vam” Beynəlxalq Müstəqil Auditor firmasında hüquqşünas vəzifəsində işləyib.
2003-cü il avqustun 18-də tarixində Azərbaycan Respublikası Hesablama Palatasında “Ekspert-analitik şöbəsinə” kiçik məsləhətçi vəzifəsinə təyin edilmiş, 2003-cü il sentyabrın 1-də İnzibati yardımçı Təsnifat Toplusuna əsasən məsləhətçi vəzifəsinə keçirilərək, 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, 2005-ci il dekabrın 9-da “İqtisadiyyatın maliyyələşdirilməsinə nəzarət” şöbəsinə məsləhətçi vəzifəsinə keçirilmiş və ona 2006-cı il noyabrın 16-da İnzibati vəzifələrin altıncı təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilib. Hüquq və dövlət qulluğu, Daxili investisiyalara nəzarət şöbələrində işləyib.
2004-cü il martın 15-dən Amerikanın Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvüdür.
2008-ci ildən Beynəlxalq Vəkillər və Hüquqşünaslar Assosiasiyasının (Union International des Advocates’) üzvüdür.
2008 –ci ildən hal-hazırkı dövrə kimi sonradan isə “L. B. Audit Xidməti” MMC-nin Təsisçisi, Hüqüqşunası və Direktoru-auditorudur.
2016-cı ildə Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görülüb./Oxu24.com



Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












