“Primera Air” iflas etdiyini açıqlayıb

Mərkəzi ofisi Danimarkada yerləşən “Primera Air” aviaşirkəti iflas etdiyini açıqlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şirkət buna səbəb kimi artan xərcləri göstərib. Aviaşirkətin bu qərarına “Airbus A321neo” sifarişlərinin gecikməsi də təsir edib. Bir vaxtlar Avropa-ABŞ transatlantik uçuşları üçün 100 dollardan ucuz bilet satması ilə gündəmə gələn, turizm mövsümündə Skandinaviya ölkələrindən Türkiyəyə də sərnişin daşıyan “Primera Air” iflası ilə bağlı müraciət edib və bütün əməliyyatlarını dayandırıb. 2009-cu ildə İslandiyanın “Primera Travel Group” şirkətinin tərkibində qurulan aviaşirkətin mərkəzi ofisi Kopenhagendə yerləşir. Əsas hab kimi Londonun Stansted hava limanını istifadə edən “Primera Air” əsasən Nyu-York, Boston, Vaşinqton və Toronto istiqamətində uçuşlar həyata keçirib. Rəqabətə tab gətirə bilməyən aviaşirkət ABŞ-dan başqa 41 istiqamətə üzrə 23 ölkəyə də uçuşlar həyata keçirirdi.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










