Prokuror anasının tanışını bıçaqlayan gəncə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 2003-cü il təvəllüdlü Əli Qasımovun (ad və soy ad şərtidir) cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib. İttiham aktına əsasən, Bakı şəhərində yaşayan Ə.Qasımovun valideynləri ayrılıb. O, atası ilə əlbəyaxa dava edən anasının tanışı Qurban Qarayevin kürək nahiyyəsindən bir neçə zərbə endirib. Belə ki, Q.Qarayev hadisə günü Ə.Qasımovun anasının yaşadığı evə gəlib. Bu zaman Ə.Qasımovun atası da evdə olub. Həmin şəxslərin aralarında mübahisə yaranıb. Məhkəmədə sərbəst ifadə verən Ə.Qasımov əməlini etiraf edib və özünü təqsirli bilib. Qeyd edək ki, 15 yaşlı Ə.Qasımovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










