Prokuror Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azad Rufullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında A.Rufullayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra onun vəkili müdafiə çıxışı edib. Vəkil deyib ki, müvəkkili A.Rufullayev günahsızdır.
Onun sözlərinə görə, A.Rufullayev bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Azad Şərifovla heç bir biznes-plan qurmayıb, ona heç bir vəd verməyib: "Azad Şərifovu aldadan Əjdər adlı şəxsdir",
Vəkil müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, A.Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzinin vəzifəli əməkdaşı olub. Bu dələduzluq işi ilə bağlı qalmaqal yaranan zaman o, öz ərizəsi ilə işdən çıxıb.
İttiham aktına əsasən, A.Rufullayev Əjdər adlı şəxslə qabaqcadan əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib. Onlar zərərçəkmiş A.Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat pul alınıb.
Vəzifəli şəxsə rüşvət verməkdə də ittiham edilən A.Rufullayev heç bir ittihamla razılaşmır.
İttihamda qeyd edilib ki, A.Şərifovdan alınan 456 min manatın 300 mini ayrı-ayrı vəzifəli şəxslərə işin görülməsi üçün rüşvət kimi verilməli imiş.
A.Rufullayev ifadəsində deyib ki, bu işdə yalnız Əjdər adlı şəxslə A.Şərifovu tanış edib. Sonra isə tərəflər arasında biznes qurmaq üçün danışıqlar olub. Plana əsasən A.Şərifov İraqda təsərrüfat mallarının satılması üçün mağaza açmaq istəyib.
Mağaza açılsa da, qazancı nəzərdə tutulan kimi olmayıb və buna görə də tərəflər arasında narazılıq yaranıb.
A.Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












