Prokuror Bakıda sintizator ifaçısını bıçaqlayan müğənniyə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Ə.İsmayılovun cinayət əməlinin Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən 126.1-ci (qəsədn sağlamlığa ağırır zərər vurma) maddəsinə tövsif edilməsini və onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra Ə.İsmayılovun müdafiəçisi çıxış üçün məhkəmədən vaxt tələb. Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib. Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxnılıb və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayət etməməsi olub. Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA










