Prokuror evə basqın edib qadını hədələyən şəxsə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cavid Əhmədovun məhkəməsi davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxışında C.Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib. İttiham aktına əsasən, 2000-ci ildə anadan olmuş C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək yatılı vəziyyətdə olan Elnarə Əhmədovanı xəncərlə hədələyib. O daha sonra qadından 150 manat pul istəyib. Səs-küyə oyanan N.Əhmədov onu zərərsizləşdirib.
Təqsirləndirilən C.Əhmədov ifadəsində bildirib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib.
O qeyd edib ki, məclisdən sərxoş vəziyyətdə çıxaraq evə gedib: "Anam ilə tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır. Pəncərənin setkasını cırıb içəri girdim. Qadının yatdığını gördüm və onu oyadıb 150 manat pul istədim. Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı. Bu zaman əri oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər".
C.Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












