Prokuror Genuya şəhərində körpünün uçmasının səbəbini açıqlayıb

Genuya şəhərində avtomobil körpüsünün uçması təsadüf nəticəsində deyil, insan səhvi səbəbindən baş verib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bunu Genuya şəhərinin prokuroru Françesko Kotsi bildirib. Onun sözlərinə görə, prokurorluq körpünün tikilməsi və ona xidmət göstərilməsi ilə bağlı işlərə dair sənədlər və ifadələr toplamalıdır. “Biz yalnız bir suala cavab verməliyik: bu nə üçün baş verib? Bu qarşımızda duran əsas məsələdir, buna görə lazımı işləri görəcəyik”, - deyə Kotsi əlavə edib. İtaliyanın iqtisadi inkişaf naziri, baş nazirin müavini Luicci Di Mayo isə körpü faciəsinin bütün məsuliyyətini ölkədəki avtomobil yollarının idarəsi ilə məşğul olan “Autostrade per l'Italia” kompaniyasının üzərinə qoyub. O bildirib, nazirlik artıq bu kompaniya ilə müqavilənin dayandırılması prosesinə başlayıb. Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. Faciə zamanı körpüdə 30-dan çox nəqliyyat vasitəsi olub. Son məlumata görə, hadisə nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb. Hazırda körpünün uçduğu yerdə axtarış-xilasetmə işləri davam edir. İnsidentlə bağlı Genuya şəhərində üç günlük matəm elan olunub.
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş










