Prokuror hava gəmilərinə aid cihazları çıxarmağa görə tutulan şəxslərə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazı ölkə xaricinə çıxarmaqda təqsirləndirilən Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və Rusiya vətəndaşı İdris Axundovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib. Xatırladaq ki, Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












