Prokuror Qaşıqçının qətlində şübhəli bilinən 5 nəfərin edamını istəyib

Səudiyyə Ərəbistanında Camal Qaşıqçı cinayət işini aparan prokuror qətldə ittiham olunan 11 şübhəlidən 5-nin edamını istəyib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının Baş Prokurorluğu yayıb. Bildirilib ki, prokuror cinayətdə iştirak edən, qətl təlimatını verən şübhəlilərin edam olunmasını istəyib. C.Qaşıqçının meyitinin hissələrə parçalanaraq Konsulluqdan çıxarıldığı da vurğulanıb. Səudiyyə Ərəbistanına dönməsi üçün səylər baş tutmadığından jurnalistin öldürüldüyü bildirilib. Qeyd edək ki, “Vaşinqton post” qəzenin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır. C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışığında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdilər”.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












