Prokurorluq Aygün Bəylərin qardaşı ilə bağlı məhkəmə hökmündən Ali Məhkəməyə müraciət edib

Qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun barələrində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmişlərlə təqsirləndirilən şəxslər isə kassasiya şikayəti veriblər. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, protest və şikayətlər Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq. A.Bəylərin qardaşı barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Prokuror və zərərçəkmişlər isə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. Daha sonra A.Hümmətov, F.Məmmədzadə, E.Alxazov, R.Əsirov, E.Əsirov və C.Alxazov həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 5 il, F.Məmmədzadə 15 il, E.Alxazov 15 il, R.Əsirov 15 il, C.Alxazov 5 il azadlıqdan məhrum edilib. E.Əsirov barəsində isə bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərə narkotik ittihamı üzrə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlərlə təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə isə hökmü dəyişdirmədən saxlayıb. Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO










