Proqnozlar Bürosu: Növbəti iki gündə hava küləkli olacaq

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında avqust ayının 8-9-da hava şəraiti yağmursuz olacaq. Onun sözlərinə görə, növbəti iki gündə hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir: “Şimal küləyi əsəcək, arabir güclənəcək". G.Məmmədova bildirib ki, növbəti iki gündə əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Bölgələrdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir". O qeyd edib ki, növbəti iki gündə havanın temperaturunda dəyişiklik gözlənilmir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












