Prorektorun pulunu oğurlayan şəxsi oğurlayanların apellyasiya şikayəti təmin edilməyib

Sumqayıt Apellyasiya Məhkəməsində Bakıda prorektorun pulunu oğurlayan şəxsi oğurlamaqda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, 2017-ci ildə Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasov və Vüqar Vəliyev Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ələkbərov 7 il, P.Quliyev, R.Abbasovun hər biri 9 il, V.Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. İttiham aktına əsasən, təqsirləndirilən Ş.Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyev tərəfindən 2016-cı ilin yanvarında Odlar Yurdu Universitetindən külli miqdarda pul oğurlanması haqqında məlumat alıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyev 11 il, A.Əliyev 10 il, Ş.Nağıyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












