Proses sürətlənib - Alimlərdən xəbərdarlıq

Beynəlxalq alimlər qrupu qlobal istiləşmə prosesinin sürətlənməsinə dair əlamətlər aşkar edib. 2015-ci ildən sonra qlobal temperaturun artım tempi əvvəlki onilliklərlə müqayisədə xeyli yüksək olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bloomberg” portalı məlumat yayıb.
Alimlərin məlumatına görə, 2025-ci ilə qədər olan dövrdə planetdə orta temperatur hər onillikdə təxminən 0,35°C artıb. Müqayisə üçün qeyd olunur ki, 1970–2015-ci illərdə istiləşmə tempi hər on ildə orta hesabla təxminən 0,2°C təşkil edirdi. Tədqiqatın müəllifləri bildirirlər ki, bu nəticə qlobal istiləşmənin sürətlənməsinin statistik cəhətdən ilk əhəmiyyətli təsdiqi hesab olunur.
Temperatur göstəricilərinə görə son illər rekordlarla yadda qalıb. Son üç il instrumental müşahidələrin aparıldığı bütün dövr ərzində ən isti illər olub. 2024-cü ildə Yer kürəsində orta temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə müvəqqəti olaraq 1,5°C həddini keçib. Məhz bu göstərici iqlim üzrə Paris sazişi çərçivəsində kritik hədd hesab olunur.
Tədqiqatçılar uzun müddətdir qlobal istiləşmənin əsas səbəbinin istixana qazlarının emissiyası olduğu barədə ortaq mövqedədirlər. Lakin yaxın vaxtlara qədər temperatur artımının nisbətən sabit templə baş verdiyi düşünülürdü. Son illərdə qeydə alınan rekord istilər alimləri istiləşmə tempinin sürətlənə biləcəyi ehtimalını irəli sürməyə vadar edib.//Azərtac
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












