PUA mütəxəssisləri hazırlayacaq Təlim-Tədris Mərkəzi istifadəyə verilib - FOTO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş Pilotsuz Uçuş Aparatları Mütəxəssislərinin Təlim-Tədris Mərkəzinin açılışında iştirak ediblər.
Müdafiə nazirinə məruzə olunub ki, mərkəzin əsas məqsədi Azərbaycan ordusunun arsenalında olan müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) üzrə yüksək peşəkar kadrların hazırlanmasıdır. Qeyd edilib ki, tədris mərkəzində quraşdırılan ən müasir avadanlıqlar və trenajorlar, həmçinin keçirilən nəzəri və praktiki məşqlər tədris prosesinin yüksək keyfiyyətlə aparılmasına, müxtəlif əməliyyat, taktiki və meteoroloji şəraitdə PUA-ların funksional sistemlərinin təmin edilməsi və PUA heyətlərinin döyüş tapşırıqlarının vaxtında və yüksək dəqiqliklə yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirməsinə imkan verir. Bildirilib ki, mərkəz elmi-texniki işin aparılmasını, bu istiqamətdə qabaqcıl təcrübələrin öyrənilməsini və yeni PUA sistemlərinin sınaq yoxlamalarının keçirilməsini də təmin edir.
Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin mühəndislər, operator-pilotlar, uçuşların təhlili, simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.
Mərkəzin anqarında saxlanılan yerli istehsal olan müxtəlif təyinatlı PUA-lara və ərazidə quraşdırılmış çoxməqsədli stansiyaya baxış keçirən müdafiə nazirinə onların taktiki-texniki xassələri və tətbiqi imkanları barədə məruzə olunub.
Sonra müdafiə naziri mərkəzin maddi-texniki və tədris bazasının genişləndirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO























