Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT

Nəqliyyat eksperti Anar Əliyev hesab edir ki, ictimai nəqliyyatın tamamilə pulsuz edilməsi ilk baxışdan cəlbedici görünsə də, bu yanaşma nəqliyyat sistemində mövcud problemlərin həlli üçün effektiv vasitə deyil.
Avtosfer.az xəbər verir ki, ekspert bu fikirləri sosial şəbəkə hesabında paylaşdığı açıqlamada səsləndirib.
Onun sözlərinə görə, bir çox hallarda ictimai nəqliyyatın pulsuz olması nümunə kimi göstərilsə də, bu təcrübə yalnız məhdud sayda şəhərlərdə tətbiq olunur və qlobal miqyasda geniş yayılmış model hesab edilmir.
Anar Əliyev bildirib ki, gediş haqqının ləğvi təkbaşına nə ictimai nəqliyyatı daha cəlbedici edir, nə də şəhərlərdə tıxac problemini aradan qaldırır. Sərnişinlərin əsas narazılığı ödənişlə deyil, xidmətin keyfiyyəti ilə bağlıdır.
"Əgər bu gün hansısa marşrut üzrə avtobusu 20-30 dəqiqə gözləməli olursunuzsa, həmin avtobus sabah pulsuz olsa, ona münasibətiniz dəyişəcəkmi? Böyük ehtimalla, yox. Çünki əsas problem gediş haqqı deyil, xidmətin keyfiyyətidir", – deyə ekspert qeyd edib.
Anar Əliyev vurğulayıb ki, gediş haqqının ləğv edilməsi ictimai nəqliyyat sisteminin gəlirlərinin əhəmiyyətli hissəsinin itirilməsi deməkdir. Halbuki həmin vəsait yeni avtobusların alınmasına, marşrut şəbəkəsinin genişləndirilməsinə, hərəkət intervalının azaldılmasına, infrastrukturun inkişafına və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə sərf oluna bilər.
Bu modeli tətbiq edən bəzi şəhərlərin təcrübəsi də göstərir ki, pulsuz ictimai nəqliyyatdan istifadə edənlərin hamısı şəxsi avtomobildən imtina edən sürücülər olmur. Onların müəyyən hissəsi əvvəllər piyada hərəkət edən və ya velosipeddən istifadə edən şəxslərdir. Bu isə sərnişin sayının artmasına və mövcud nəqliyyat sisteminə əlavə yükün yaranmasına səbəb olur.
Anar Əliyevin sözlərinə görə, şəhər mobilliyinin yaxşılaşdırılması üçün əsas hədəf ictimai nəqliyyatı pulsuz etmək deyil, onu daha rahat, müasir, əlçatan, etibarlı və dayanıqlı xidmətə çevirmək olmalıdır. Məhz bu yanaşma daha çox insanın şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyata üstünlük verməsinə şərait yarada bilər.
Eltac Züflüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












