Putin Paşinyana “böyük zərbə”yə hazırlaşır – İrəvanı qorxuya salan qonaq

“Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Ermənistana gözlənilən səfəri hakimiyyət daxilindəki bəzi dairələrdə də narahatlıq yaradıb”.
Avtosfer.az "Globalinfo"ya istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Bir neçə ay əvvəl Avropa forumunun keçirilməsindən və xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərindən sonra Rusiya ixrac məhdudiyyətləri formasında sanksiyalar tətbiq etmişdi. Hakim “Vətəndaş Müqaviləsi” komandasının bəzi ayıq düşüncəli üzvləri də bunu əvvəlcədən proqnozlaşdırmışdılar. İndi həmin şəxslər hesab edirlər ki, Leyenin səfərindən sonra Rusiya ikinci iri sanksiyalar paketini də tətbiq edə bilər”, – deyə qeyd edilib.
Bildirilir ki, iyulun 1-2-də baş tutacaq Avropa nümayəndə heyətinin səfəri parlament seçkilərindən sonra və Konstitusiya Məhkəməsinin qərarı açıqlanmamışdan əvvəl Nikol Paşinyana göstərilən xüsusi dəstək jestidir:
“Lakin bunun nəticələrini ilk növbədə sadə vətəndaşlar, xüsusən də sahibkarlar öz üzərində hiss edəcəklər”.
Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 2026-cı il mayın 15-də daha əvvəl məhsullarının Rusiyaya tədarükü dayandırılmış bir sıra Ermənistan müəssisələrində yoxlamalar aparmaq niyyətində olduğunu açıqlayıb.
Mayın 30-da “Rosselxoznadzor” mənşəyi və göndərişi Ermənistan olan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin Rusiyaya idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. İyunun 2-dən qurum ölkədən tumlu meyvələrin – albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin, eləcə də üzümün idxalını məhdudlaşdırıb. İyunun 3-dən bu siyahı daha da genişləndirilib: alma, armud, badımcan, kartof və quru meyvələr əlavə edilib. İyunun 11-də “Rosselxoznadzor” Ermənistandan gətirilən bütün karantin nəzarətinə aid məhsulların idxalını qadağan edib.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 2-də Ermənistana səfər edəcək.
Səfər çərçivəsində o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Tərəflərin ikitərəfli münasibətlər, regional məsələlər və əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi bildirilir.
Erməni KİV-lərinin məlumatına görə, danışıqlardan sonra Ursula fon der Leyen və Nikol Paşinyan birgə bəyanatlarla çıxış edəcək, həmçinin media nümayəndələrinin suallarını cavablandıracaqlar.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












