Putin: “Qaşıqçı öldürülüb, Skripalsa sağdır”

Qərb Rusiya kəşfiyyatçısı Sergey Skripalla bağlı insidentdən Rusiyanın inkişafını dayandırmaq üçün istifadə edib.
Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləyib.
Rusiya liderinin iddiasına görə, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətli Qərbdə Skripal qədər mənfi reaksiya doğurmayıb: "Qərb dövlətləri, onsuz da, Rusiyaya hücum etmək üçün bir bəhanə axtarırlar. Qaçıqçı öldürülüb, bunu hamı qəbul edir. Lakin hər hansı səs-səda da yoxdur.
Skripalsa, Tanrıya şükürlər olsun ki, hələ sağdır. Lakin Rusiyaya qarşı bir yığın sanksiya tətbiq olunur. Bu, tamamilə siyasiləşdirilmiş rusofob yanaşmadır. Əgər, Skripal olmasaydı da mənə görə nəsə tapacaqdılar. Məqsəd isə aydındır, ciddi bir rəqib olaraq, Rusiyanın inkişafını durdurmaq".
Maraqlıdır ki, Rusiya prezidenti ilk dəfə olaraq, Sergey Skripalın öz ölkəsinin xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyi iddiasını rəsmən inkar etməyib.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










