Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçirilən son görüş gərgin atmosferdə baş tutub. Bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında məlumat verib.
Avtosfer.az xəbər verir ki, politoloq Putinin görüş zamanı Paşinyana açıq şəkildə Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olduqlarını və hər iki istiqamətin eyni vaxtda mümkün olmamasını dediyini vurğulayıb. O qeyd edir ki, Rusiya lideri vaxtilə oxşar mesajı Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə də vermişdi və sonrakı hadisələr məlumdur.
Politoloq hesab edir ki, bu mesaj dolayısı ilə Ermənistana mümkün geosiyasi nəticələr barədə xəbərdarlıq kimi qiymətləndirilə bilər. Lakin Paşinyan cavabında bildirib ki, Ermənistan hələlik belə bir seçim mərhələsində deyil.
Qeyd olunub ki, iki liderin mətbuat qarşısında çıxışı nadir hallarda rast gəlinən formada – qarşılıqlı ittihamlar fonunda keçib. Tərəflər diplomatik üslubu qorumağa çalışsalar da, Paşinyanın Rusiya tərəfinin təkliflərinə əsasən mənfi yanaşdığı hiss olunub.
Politoloq vurğulayır ki, bu görüş Rusiya-Ermənistan münasibətlərində artan gərginliyin növbəti göstəricisi kimi dəyərləndirilə bilər.
Eltac
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












