Qaçırılmış avtomobildən silah-sursat tapılıb - Bakıda

Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iİyunun 11-də Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Fidan
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












