Qadağan olunmuş yerlərdə siqaret çəkənlər: Məni göstərmə - VİDEO

Qapalı məkanlarda siqaret çəkmək qadağan olunsa da, əksər kafe və restoranlarda heç xəbərdaredici yazı da yoxur ki, burada siqaret çəkmək qadağandır. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, ötən ilin dekabr ayından qadağan olunmasına dair qanunun qəbul edilməsinə baxmayaraq, qapalı yerlərdə siqaret çəkənlərə tez-tez rast gəlinir. Deputat Musa Quliyev bildirib ki, tütün istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul olunub. Qanunun icraya yönəldilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Cənab prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Sonra artıq cərimə sanksiyaları işə düşəcək. Hazırda demək olar ki, bütün kafelərdə “Siqaret çəkmək qadağandır” yazısı vurulsa da, içəridən tüstü əskik olmur. Hətta divarda bu yazının olmasına baxmayaraq, stollarda külqabıya da rast gəlinir.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












