Qadın alverində təqsirləndirilən müğənninin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alverində təqsirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, təqsirləndirilən şəxs istintaq zamanı həbs edilməyib, polisin nəzarətinə verilib. Lakin o, istintaqdan yayındığı üçün axtarışa verilərək həbs edilib. Təqsirləndirilən şəxs bildirib ki, Yaqut adlı tanışı onu istintaqdan yayındırıb. Proses sentyabrın 26-da davam etdiriləcək. Müğənniliklə məşğul olan Təranə Muradova Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












