Qadın ərini yaralayıb, selfi çəkdi: "Dostlar, onu bıçaqladım" - FOTO

Qadın ərini bıçaqlayıb, yaralı halıyla selfi çəkib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Rusiyanın Surqut şəhərində ərini bıçaqlayıb, onun yaralı halıyla selfi çəkən qadın saxlanılıb. 25 yaşlı Olqa Vaori Oleq Smirnovu bıçaqladıqdan sonra dostlarına "Görünür ki, mən bir canavaram" deyib. Olqa ifadəsində özünü müdafiə etdiyini bildirib. O söyləyib ki, əri alkoqollu olub və onu boğmaq istəyib. "Dostlar, mən keçmiş ərimi bıçaqladım. İstəmədən oldu. 3 saat boyunca məşğul idim. Hələ indi ətrafı təmizləyib qurtara bilmişəm. Ordan baxanda canavar kimi görünürəm", - Olqa saxlanılmazdan əvvəl sosial şəbəkədə qeyd edib. Məhkəmədə bildirilib ki, hadisə vaxtı həm Olqa, həm də Oleq sərxoş halda olublar. Xəstəxanaya çatdırılan Oleqin vəziyyəti normaldır. Məhkəmənin qərarı ilə Olqa 1 il müddətinə həbs oluna bilər. Ona qərar çıxana qədər ölkəni tərk etməyə icazə verilmir.


Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












