Qadın nömrəsi istəyəni bıçaqlayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Orxan Hasilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, O.Hasilov Siyəzəndə eyni qəsəbədə yaşadığı İbadi Poladovu bıçaqlayıb. Buna səbəb İ.Poladovun O.Hasilovun dostunun anasının nömrəsini istəməsi, ona qarşı əxlaqsız hərəkət etmək niyyətində olması olub. Belə ki, İ.Poladov qəsəbədə yaşayan Rüfət adlı şəxsdən O.Hasilovun dostunun anasının nömrəsini istəyib. Bu zaman Rüfətlə İ.Poladov mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və İ.Poladov Rüfəti döyüb. Bundan xəbər tutan O.Hasilov məsələni özü həll etməyi qərarlaşdırıb. Rüfət İ.Poladova zəng edərək görüşə çağırıb. İ.Poladovla görüşə O.Hasilov sinif yoldaşları ilə gedib. O.Hasilov İ.Poladovdan etdiyi hərəkətin səbəbini soruşub. İ.Poladov isə ona hesab verməyəcəyini deyib və dava ediblər. O.Hasilov üzərində olan bıçaqla İ.Poladovun buduna 2 zərbə endirib. Məhkəmədə təqsirləndirilən O.Hasilov ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilib. Qeyd edək ki, O.Hasilova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












