Qadın sağlamlıq mərkəzindən oğurluq edib - Bakıda

Bakıda sağlamlıq mərkəzindən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Həsənova iyunun 4-də rayon ərazisindəki sağlamlıq mərkəzlərinin birində içərisində 1050 manat, 200 ABŞ dolları və bank kartları olan çantasının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini Ş.Sarıyeva olduğu, oğurladığı pula mobil telefon aldığı müəyyən edilib. Mobil telefon və pulqabı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












