Qadına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib.
İttiham aktına əsasən, İ.İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, o, qadına mənzil tikəcəyi vədi verərək onu aldadıb. Lakin sonradan İ.İsmayıloğlu verdiyi vədə əməl etməyib.
S.Əhmədovanın şikayəti əsasında saxlanılan İ.İsmayıloğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Məhkəmə istintaqı başa çatandan sonra İ.İsmayıloğlu son söz demək üçün iclasa gəlməyib. Məhkəmə onun barəsində axtarış elan edib və o, polis əməkdaşları tərəfindən həbs olunub, Bakı İstintaq Təcridxanasına köçürülüb.
İstintaq dövründə İ.İsmayıloğlu dəymiş zərərdən 20 min manatı geri qaytarıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












