Qadına qarşı əxlaqsız hərəkətlər edən xalaoğlanları saxlanılıb - FOTO

Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini şərti adı N.Z olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər. Faktla bağlı Xətai Rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO














