Qadını döyərək öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, M.Migirovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb. Qeyd edək ki, hadisə bu il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini Mişi Migirov həmyerlisi Şuşan Sumxayevanı qəbirstanlığa apararaq döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva orada ölüb. Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












